SOCAR-Georgia-nın 113 yanacaqdoldurma məntəqəsi var ki, olardan 26-sı qazdoldurma stansiyasıdır
Gürcüstanın paytaxtı Tbilisidə " SOCAR-Georgia"nın yeni qazdoldurma məntəqəsi istifadəyə verilib. "Report" xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Azərbaycan və Gürcüstanın rəsmi şəxsləri iştirak edib. Açılış mərasimində qeyd olunub ki, Gürcüstanda "SOCAR-Georgia"-nın 113 yanacaqdoldurma məntəqəsi var ki, olardan 26-sı qazdoldurma stansiyasıdır.
R.Abdullayev səfər çərçivəsində Gürcüstan rəhbərliyi ilə görüşüb. Görüşlərdə iki ölkənin iqtisadi əlaqələri, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycan şirkətlərinin Gürcüstana sərmayə qoyması məsələləri müzakirə olunub.
SOCAR prezidenti bildirib ki, Gürcüstan tərəfi Azərbaycan şirkətlərinin Gürcüstana daha çox sərmayə yatırması xahişi ilə müraciət edib. Onun sözlərinə görə, hazırda bu müraciətə baxılır, Azərbaycan şirkətləri sərmayə yatırılacaq sahələri araşdırırlar.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !