Rusiyada göyərti bazarına nəzarət edən azərbaycanlı kriminal avtoritetlər arasında qarşıdurma yaranıb.Qafqazinfo xəbər verir ki, Rusiya KİV-nin verdiyi məlumata görə, artıq uzun illərdir ki, bu bazara nəzarət üstündə kriminal aləmdə gedən “müharibə” bazarın yerdəyişməsindən sonra yenidən canlanıb.Daha əvvəl Biryülovda “Pakrov” bazarında bu bizneslə məşğul olan avtoritetlər oradakı son qarşıdurmadan sonra Kunçevə köç ediblər. Son olaraq isə bazar Skolkova köçürülür.Rövşən Lənkəranski tərəfindən nəzarət edilən göyərti biznesinin yeni ünvanı onun rəqibləri Lotu Qulinin klanı, həmçinin Yusif Bakinski və Rəşad Gəncəli ilə aralarında qarşıdurmaya gətirib çıxarıb. Hüquq mühafizə orqanlarından olan mənbə isə bildirib ki, qarşıdurma hələ silahların açılmasına qədər gəlib çatmayıb, lakin buna da az qalıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !