• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Rövşən Rzayev müharibədə iştirak edən əməkdaşlarla görüşüb - VİDEO

Rövşən Rzayev müharibədə iştirak edən əməkdaşlarla görüşüb - VİDEO
21.01.2021 15:07
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğalçı Ermənistana qarşı apardığı "Dəmir yumruq” əks-həmlə hərbi əməliyyatında – Vətən Müharibəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müxtəlif strukturlarının 13 əməkdaşı iştirak edib.


Hərbi səfərbərlik zamanı könüllü şəkildə Silahlı Qüvvələrimizin sıralarına qoşulan bu  cəsur və vətənpərvər gənclərin hamısı hərbi xidmətdən tərxis olunduqdan sonra öz iş yerlərinə qayıdıb. 


Anews.az xəbər verir ki, düşmən üzərində möhtəşəm zəfərin qazanılmasına öz töhfəsini verən Vətən Müharibəsi iştirakçıları ilə Dövlət Komitəsində görüş keçirilib. Komitə sədri Rövşən Rzayev onları qələbə münasibətilə təbrik edib, torpaqlarımızın işğaldan azad olunması üçün göstərdikləri fədakarlığa görə hər birinə minnətdarlıq bildirib. 

Xalqımızın haqq işi uğrunda canını qurban verən şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli siyasəti, hərbi-diplomatik məharəti sayəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunduğu, otuz ilə yaxındır yurd həsrəti ilə yaşayan məcburi köçkünlərin öz ata-baba torpaqlarına qayıtmasına imkan yarandığı sevinc və qürur hissi ilə qeyd edilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərirlər. Bu kateqoriyalara aid vətəndaşlarımızın sosial müdafiəsi daim gücləndirilir. Vurğulanıb ki, komitənin sifarişi ilə inşa edilmiş yeni yaşayış sahələrinin şəhid ailələrinə verilməsi barədə ölkə rəhbərinin qərarını məcburi köçkünlər rəğbətlə qarşılayıblar. Onlar tezliklə bərpa ediləcək, yenidən qurulacaq doğma yurd yerlərinə qayıdacaqlar, ata-baba torpaqlarında yeni həyata başlayacaqlar. 
Komitənin müharibədə iştirak edən əməkdaşlarının hərbi əməliyyatlarda göstərdikləri şücaətə görə müxtəlif dövlət təltiflərinə layiq görülməsinin kollektivdə qürur və iftixar hissi doğurduğu qeyd edilib. 

Görüşdə Vətən Müharibəsi iştirakçıları Nicat Cəlilova, ƏliHəbibzadəyə, Toğrul Əliyevə, Eyvaz Novruzova, Ömür Mehdiliyə, İlqarQuliyevə, Bayram Vəliyevə, Mübariz Əliyevə, Elşən Vəliyarzadəyə, Arif Abbasova, Elşad Şirinova, Zamiq Cəfərova, Elxan Xankişiyeva, həmçinin arxa cəbhədə göstərdikləri xidmətlərə görə5 nəfərə - komitə sədrinin müşaviri Nəsimi Nərimanova, Miqrasiya, məskunlaşma, status və sosial təminat şöbəsinin müdir müavini Xəyyam Hüseynova, Füzuli rayon sektorunun müdiri Elmir Allahyarova, Tərtər rayon sektorunun müdiri Möhlət Nəzərova, Mənzil-İstismar Departamentinin direktor müavini Azər Eminova komitə rəhbərliyi tərəfindən təşəkkürnamə və qiymətli hədiyyələr təqdim olunub. 

Vətən Müharibəsində ön və arxa cəbhələrdə fədakarlıq göstərən komitə əməkdaşları dövlətimizin qüdrətlənməsi, ölkəmizin çiçəklənməsi, doğma Qarabağın dirçəlişi, xalqımızın rifahı naminə bundan sonra da böyük məsuliyyətlə çalışacaqlarına bildiriblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 15 yaşlı yeniyetmə qətlə yetirilib
Cəmiyyət 22:39
Bakıda 15 yaşlı yeniyetmə qətlə yetirilib
Bakıda "Euronews"un yerli ofisi açılıb
Cəmiyyət 20:29
Bakıda "Euronews"un yerli ofisi açılıb
Elektron Təhlükəsizlik Xidməti "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edib
Cəmiyyət 20:22
Elektron Təhlükəsizlik Xidməti "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edib
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:16
Bu ərazilərdə qaz olmayacaq
Qəbələdə yanğın olub - Video
Cəmiyyət 18:05
Qəbələdə yanğın olub - Video

Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi təsdiq edilib
Cəmiyyət 17:27
Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi təsdiq edilib
Qubada avtomobil hindistanlı turisti vuraraq öldürüb
Cəmiyyət 16:18
Qubada avtomobil hindistanlı turisti vuraraq öldürüb
Sosial şəbəkədə dələduzluq edərək yüzlərlə şəxsi aldadan 4 nəfər ifşa edilib
Cəmiyyət 16:04
Sosial şəbəkədə dələduzluq edərək yüzlərlə şəxsi aldadan 4 nəfər ifşa edilib
Son beş ildə 412 nəfər mina qurbanı olub
Cəmiyyət 15:29
Son beş ildə 412 nəfər mina qurbanı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol