Hərbi səfərbərlik zamanı könüllü şəkildə Silahlı Qüvvələrimizin sıralarına qoşulan bu cəsur və vətənpərvər gənclərin hamısı hərbi xidmətdən tərxis olunduqdan sonra öz iş yerlərinə qayıdıb.
Anews.az xəbər verir ki, düşmən üzərində möhtəşəm zəfərin qazanılmasına öz töhfəsini verən Vətən Müharibəsi iştirakçıları ilə Dövlət Komitəsində görüş keçirilib. Komitə sədri Rövşən Rzayev onları qələbə münasibətilə təbrik edib, torpaqlarımızın işğaldan azad olunması üçün göstərdikləri fədakarlığa görə hər birinə minnətdarlıq bildirib.
Xalqımızın haqq işi uğrunda canını qurban verən şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Komitənin müharibədə iştirak edən əməkdaşlarının hərbi əməliyyatlarda göstərdikləri şücaətə görə müxtəlif dövlət təltiflərinə layiq görülməsinin kollektivdə qürur və iftixar hissi doğurduğu qeyd edilib.
Görüşdə Vətən Müharibəsi iştirakçıları Nicat Cəlilova, ƏliHəbibzadəyə, Toğrul Əliyevə, Eyvaz Novruzova, Ömür Mehdiliyə, İlqarQuliyevə, Bayram Vəliyevə, Mübariz Əliyevə, Elşən Vəliyarzadəyə, Arif Abbasova, Elşad Şirinova, Zamiq Cəfərova, Elxan Xankişiyeva, həmçinin arxa cəbhədə göstərdikləri xidmətlərə görə5 nəfərə - komitə sədrinin müşaviri Nəsimi Nərimanova, Miqrasiya, məskunlaşma, status və sosial təminat şöbəsinin müdir müavini Xəyyam Hüseynova, Füzuli rayon sektorunun müdiri Elmir Allahyarova, Tərtər rayon sektorunun müdiri Möhlət Nəzərova, Mənzil-İstismar Departamentinin direktor müavini Azər Eminova komitə rəhbərliyi tərəfindən təşəkkürnamə və qiymətli hədiyyələr təqdim olunub.
www.anews.az