Anews.az-ın Qafqazinfo-ya istinadən məlumatına götə, müğənni sözügedən mülkün əlindən alınmasına aydınlıq gətirib.
O qeyd edib ki, həmin ev mətbuatda yazıldığı kimi, Ç. Cəlilovun həbsindən sonra deyil, daha öncə əllərindən alınıb: "Mən onlardan nə bir manat istəyirəm, nə də götürərəm. Heç kimin malında, mülkündə gözüm yoxdur. Dünən mediada yazılıb ki, bizə verilən villa da müsadirə olunub. Demək istəyirəm ki, həmin ev dünən deyil, borc məsələsi gündəmə gələndən sonra təhvil verilib”.
Röya eks-həyat yoldaşının ailəsinin hazırkı vəziyyətindən də danışıb: "Xahiş edirəm, biri yıxılanda onu az baltalayın. Onlar hazırda bir evdə yaşayırlar, bütün ailə o evə sığınıb. Gözü doymayan adamın şəhərdə bir evi olar? Hər kəsi ədalətli olmağa çağırıram”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !