“Röyal Bank”ın baş direktoru beynəlxalq axtarışa verildi

12:03 | 09.12.2013
“Röyal Bank”ın baş direktoru beynəlxalq axtarışa verildi

“Röyal Bank”ın baş direktoru beynəlxalq axtarışa verildi

Azərbaycanda bank direktoru beynəlxalq axtarışa verilib.Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, ötən il fəaliyyəti dayandırılmış “Röyal Bank”ın direktoru 29 yaşlı Fuad Cam mənimsəmədə ittiham olunur.Bir neçə ölkənin vətəndaşlığını daşıyan F. Camın hazırda ABŞ-da olduğu ehtimal olunur. O, bir neçə dəfə istintaqa dəvət olunsa da, boyun qaçırıb və buna görə də barəsində məhkəmənin hökmü ilə dövlətlər arası axtarış elan edilib.Fuad Əli oğlu Camım beynəlxalq axtarışa verilməsi barədə məlumat İnterpolun saytında da yerləşdirilib.Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.Qeyd edək ki, Fuad Cam “Royal Bank”ın direktoru, bankın Müşahidə Şurasının sədri isə onun atası Əli Cam olub.Onu da əlavə edək ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin qərarı ilə 2012-ci ildə “Royal Bank”ın lisenziyası ləğv edilib.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti