Röyaya görə restoranla müştərilər arasında qalmaqal yaşandı

00:19 | 03.01.2020
Röyaya görə restoranla müştərilər arasında qalmaqal yaşandı

Röyaya görə restoranla müştərilər arasında qalmaqal yaşandı

Xalq artisti Röya Ayxan 31 dekabrda "Han" restoranında keçirilən Yeni il şousuna qatılmayıb.

Anews.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bir müddətdir reklam etdiyi, həmkarı Zamiq Hüseynovla səhnəni bölüşməli olduğu gecədə iştirakdan son anda imtina edib.

R.Ayxanın hansı səbəbdən bu addımı atması bəlli olmayıb. Nəticədə müştərilərlə restoranın idarəçiləri arasında problem yaranıb.
 
Onlar ödənişlərinin geri verilməsini ciddi şəkildə tələb ediblər. Narazılıq edən bir çox müştərinin pulu özlərinə qaytarılıb.

Qeyd edək ki, adıçəkilən restoranda Yeni il gecəsinə qiymətlər bir nəfər üçün 200-250 manat civarında olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb