Rza Zərrab azadlığa buraxıldı?

15:41 | 14.02.2014
Rza Zərrab azadlığa buraxıldı?

Rza Zərrab azadlığa buraxıldı?

İstanbul Respublika Prokurorluğu tərəfindən keçirilən rüşvət əməliyyatı nəticəsində həbs olunan şəxslərdən 8-i azad edilib. 

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, həbs olunan iş adamı Rza Zərrab, Zəfər Çağlayanın oğlu Kaan Çağlayan və Muammer Gülərin oğlu Barış Gülərdən başqa digər şübhəlilər Süleyman Aslan, Abdullah Habbani, Ahmet Murat Öziş, Umut Bayraktar, Hikmet Tuner, Onur Kaya, Özgür Özdemir, Mohammadsadegh Rastgar Shıshehgarkhananeh azadlığa buraxılıb. 

Həbssiz mühakimə edilən köhnə “Halk Bank”ın baş direktoru Süleyman Aslanın vəkili Ersan Şen "Şərtlər ortadadır, məhkəmə bu istiqamətdə qərar verib. Aslan barədə yalnız iddialar var, konkret olaraq sübut etmək lazımdır. İnsanları illərcə həbsxanada saxlayıb, məhkəmələrdə süründürmək olmaz” deyə açıqlama verib. 

Qeyd edək ki, məhkəmə Barış Gülər, Kaan Çağlayan, Rza Zərrabın həbs halının davam etməsinə qərar verib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb