Rza Zərrab həbsxanadan xəbər göndərdi

17:41 | 06.02.2014
Rza Zərrab həbsxanadan xəbər göndərdi

Rza Zərrab həbsxanadan xəbər göndərdi

Müxalifət lideri iş adamının hakimiyyəti hədələdiyini deyir

Türkiyənin müxalifət lideri, CHP (Cümhuriyyət Xalq Partiyası) rəhbəri Kamal Kılıçdaroğlu rüşvət əməliyyatı çərcivəsində həbs edilən iş adamı Rza Zərrabın həbsxanadan xəbər göndərdiyini açıqlayıb. ANS PRESS-in "Hürriyətə" istinadla verdiyi məlumata görə, o bu barədə açıqlamanı yerli kanallara edib. 

"Həbsdə olan İran əsilli Zərrab var. Ona deyəcəklər ki, "sən danışma. Biz səni azad edəcəyik". Çünki o, "Məni bir azda burada saxlasanız hər şeyi danışacam" deyərək xəbər göndərib. Onun danışmasını istəmirlər. Bir müddətdən sonra o azad olunacaq. Hələlik isə mal varlığı üzərindəki qadağalar aradan qaldırılır". 

Qeyd edək ki, Z.Zərrab ötən il dekabrın 17-də keçirilən rüşvət əməliyyatı zamanı saxlanılıb. O, eyni zamanda türkiyəli sənətçi Ebru Gündəşin həyat yoldaşıdır. Həbsindən sonra iş adamının bəzi mal varlıqları əlindən alınıb.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM