Dünən korrupsiya və rüşvət ittihamı ilə həbs edilən İrandan olan azərbaycanlı iş adamı Rza Zərrab türkiyəli nazirlərdən birinə 1,5 milyon dollar rüşvət verərkən videolentə alınıb.Lent.az-ın məlumatına görə, bu iddia ilə Türkiyənin “Kanal D” televiziyası çıxış edib. Kanal öz xəbərində rüşvət alan nazirin kim olduğunu açıqlamasa da, rüşvəti verən şəxsin Rza Zərrab olduğunu bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !