Rza Zərrab qalmaqalı İstanbul hərrac evlərini də vurdu - FOTO

13:27 | 27.12.2013
Rza Zərrab qalmaqalı İstanbul hərrac evlərini də vurdu - FOTO

Rza Zərrab qalmaqalı İstanbul hərrac evlərini də vurdu - FOTO

"Satıram, satıram, saaattım!" / Rüşvət əməliyyatı hərrac evlərini də vurduTarixi əsərlərlə maraqlanan və tez-tez İstanbulda təşkil edilən hərraca qatılan Ebru Gündeşin həyat yoldaşı, azərbaycanlı iş adamı Rza Zarrab, hərrac sahiblərini də çətin vəziyyətə salıb.ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, iş adamının sonuncu dəfə aldığı, ümumi dəyəri təxminən 20 milyon Türk lirəsi məbləğində böyük rəsm əsərlərinin və antikvar əşyaların ödənişini etmədən həbsxanaya girməsi, bir neçə hərrac evi sahiblərini çıxılmaz vəziyyətə salıb.Rza Zərrabın rüşvət əməliyyatından iki gün əvvəl İstanbulun "Antik" Hərrac Evində keçirilən auksionda 1 milyon 50 min lirə dəyərində olan Nəzmi Ziyanın "Öz Evi" adlı rəsm əsərini, 250 min lirəyə ulduz farfor qabı və 380 min lirəyə farfor buxurdan satın aldığı məlum olub.Dövlət orqanları əsərlərə əl qoyduğu üçün pulunu ala bilməyən Hərrac Evi şikayətini kimə edəcəyini bilmir.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM