Rza Zərraba toxunulmazlıq hüququ verildi

12:21 | 15.03.2014
Rza Zərraba toxunulmazlıq hüququ verildi

Rza Zərraba toxunulmazlıq hüququ verildi

Zərrab  rəsmi qeydlərdə ‘gizli' olan 3 xüsusi nömrədən istifadə  edir   Publika.Az türk mediasına istinadən xəbər verir ki, Cənubi Azərbaycan əsilli iş adamı Rza Zərrabın   dövrün daxili işlər naziri Muammer Gülərin təlimatıyla ayrıldığı  iddia edilən 3 xüsusi nömrədən  istifadə etməyə davam edir. Polisin belə kimə aid olduğu məlumatına çata bilmədiyi nömrələr cərimələnsə də,  ödəniş edilmir. 17  dekabr böyük rüşvət və sui-istifadə istintaqında ‘rüşvət vermək və cinayət törətmək məqsədilə təşkilat qurmaq' iddialarıyla həbs olunan və 28 fevralda həbssiz mühakimə olunmaq üzrə sərbəst buraxılan İran əslli iş adamı Rza Zərrabın Daxili İşlər Nazirliyinin verdiyi xüsusi nömrələrdən hələ də  istifadə etdiyi ortaya çıxdı. Zərrab, 5 noyabr 2013-də Daxili İşlər Nazirliyinə xüsusi mülki nömrə ayrılması üçün müraciət etdi. Mətbuata əks olunan istintaq sənədində yer alan iddiaya görə, dövrün daxili işlər naziri Muammer Gülərin oğlu Barış Gülərdən xahiş edən  Zərrab,  mühafizə polisi xidmətindən və nəqliyyatda  təhlükəsizlik zolağından da  istifadə etmək üçün xüsusi nömrə ayrılmasını istəyib. Barış Gülər bu arzunu  atası  daxili işlər naziri Gülərə çatdırandan sonra  Zərraba nömrə ayrılması və işlərin sürətləndirilməsi üçün Mühafizə İdarəsinə və yol polisinə təlimat verilir. Avtomobil yolları polisi idarəsi  Zərraba 3 ədəd ‘Xüsusi ayrılmış  nömrə' üçün təsdiq sənədi hazırlayır. Daxili İşlər Nazirliyi müşavir köməkçisi M.D.ın imzasıyla nömrələr ayrılır. Zərrab, xüsusi nömrə verilməsi üçün, 34 RZ xxx Mersedes, 34 HE xxxx, 34 DJ xxxx, 34 İL xx, 34 AZ xxxx nömrəli 5 avtomobilinin siyahısını təqdim edib. Nazirliyin təsdiqini aldıqdan sonra Zərraba biri ‘06' (Ankara) ikisi ‘34' (İstanbul) olmaqla  "mülki nömrə i" ayrıldı. Zərraba verilən xüsusi nömrələr ilə əlaqədar məlumat və sənədlər gizli tutulduğu kimi, asayiş - nəqliyyat yoxlamaları aparıla  bilmir. Nömrələr, nəqliyyatda təhlükəsizlik zolağından istifadə etmə və yol üstünlüyü də təmin edir. Nömrəni verən qurum xaricində polisin belə kimə aid olduğu məlumatı əldə edə bilmədiyi  nömrələrə, nəqliyyat cəzası kəsilsə belə,  ödənişi edilmir. Rza Zərrabın həbsxanadan çıxdıqdan sonra da bu nömrələrdən istifadə   etdiyi ortaya çıxdı. Asiyaiş İdarəsi rəsmiləri  Zərrabla əlaqədar mühakimə etmənin davam etdiyi, dəqiqləşmiş bir cəzası olmadığı üçün nömrələrin ləğvindən söz getmədiyini deyirlər. Həbsxanaya girməzdən əvvəl "can təhlükəsizliyi" səbəbilə mühafizə ayrılmış  Zərrabın həbsxanadan çıxdıqdan sonra yeni bir mühafizə istəmədiyi bəli olub. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM