Rza Zərrabın cangüdənləri tələbələri döydü - VİDEO

16:27 | 20.06.2014
Rza Zərrabın cangüdənləri tələbələri döydü - VİDEO

Rza Zərrabın cangüdənləri tələbələri döydü - VİDEO

Türkiyədə iş adamı Rza Zərrabın cangüdənləri tələbələri döyüb. ANS PRESS-in məlumatına görə, hadisə Rza Zərrab Bodrumda istirahət edərkən baş verib. Belə ki, bir qrup tələbə Zərrabı görən kimi ona etriaz etməyə başlayıb. Tələbələr “Burda oğru var. Bu villanı hansı pullarla almısan” deyə iş adamına sataşıb. Lakin nə Rza Zərrab, nə də onun cangüdənləri heç bir reaksiya verməyib.Günün sonunda isə tələbələr istirahət mərkəzindən ayrılarkən bir neçə nəfərin hücuma məruz qalıb. Onlar maşınlarından çıxaraq tələbələrə hücum çəkib, fiziki təzyiq göstəriblər.Ətrafdakı insanlar isə hadisə yerinə təcili yardım çağırıb. Şahidlərin iddiasına görə hücum edənlər Rza Zərrabın cangüdənləri olub. Təcili yardım gəldikdən sonra zərərçəkənlər Bodrum Dövlət Xəstəxanasına aparılıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM