Rza Zərrabın Ebru Gündeşə verdiyi hədiyyə əlindən alındı - FOTO

16:16 | 19.12.2013
Rza Zərrabın Ebru Gündeşə verdiyi hədiyyə əlindən alındı - FOTO

Rza Zərrabın Ebru Gündeşə verdiyi hədiyyə əlindən alındı - FOTO

Türk polisinin "rüşvət əməliyyatı" adı altında keçirdiyi əməliyyat nəticəsində həbs olunan azərbaycanlı iş adamı Rza Zərrabın bütün əmlakı müsadirə olunub.Qaynar.info xəbər verir ki, Zərrabın əlindən alınan əmlakları arasında Royal Holdinqin tərkibində olan Are Hava Şirkəti də var.Kokpit.aero saytının məlumatına görə, İstanbul 18-ci Sülh Məhkəməsinin verdiyi qərara görə, bu şirkətin üstündə qeydiyyatda olan "Challenger 300" tipli xüsusi təyyarə Rza Zərrabın əlindən alınıb.Nömrəsi TC-RZA olan təyyarə Rza Zərrabın adının baş hərflərindən ibarətdir. Kanadanın "Bombardier" şirkəti tərəfindən 2009-cu ildə istehsal olunan təyyarə 2012-ci ilin sentyabrın Rza Zərrab tərəfindən alınaraq İstanbula gətirilib.Bu təyyarələrin qiyməti uçus saatından asılı olaraq 12-16 milyon dollar arasında dəyişir.Rza Zərrab bu təyyarəni Ebru Gündəşə hədiyyə etmişdi. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM