Rza Zərrabın ortağı olan Babək kimdir?

11:08 | 23.12.2013
Rza Zərrabın ortağı olan Babək kimdir?

Rza Zərrabın ortağı olan Babək kimdir?

İran mətbuatı rüşvət və qaçaqmalçılıq ittihamı ilə həbs olunan iş adamı Rza Zərrabın ortağının kimliyi barədə yazıb. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, onun ortağının İranın ən tanınmış milyarderi hesab olunan Babək Zəncani olduğu deyilir.İranın “Qanun” qəzeti Zərrabın İranla əlaqəli ticari əməliyyatlarını Zəncaniyə aid “Sorinet Holding” vasitəsilə həyata keçirdiyini yazıb. Bu arada Zərrab da prokurorluqda verdiyi ifadəsində müştərilərdən birinin adının B.Z.Ö olduğunu bildirmişdi. İran nətbuatının yazdığı iş adamının da adının baş hərflərinin eyni olması diqqətdən qaçmayıb. Babək Zəncani zəngin iş adamı olmaqla yanaşı adı rüşvət qalmaqallarında dəfələrlə hallanıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb