Tacikistanda saç ustası kimi işləyən məhkum təcridxana rəisini qayçıyla öldürüb.
ANN.Az-ın "İnterfax"a istinadən verdiyi xəbərə görə, hadisə paytaxt Düşənbədən 200 km aralıda yerləşən Kulyab şəhərində baş verib. Adam öldürməkdə ittiham olunan bir şəxs təcridxana rəisinin saçını qırxarkən onu qayçıyla vurub öldürüb.
"Bir müddət əvvəl 17 il həbs cəzasına məkum edilmiş Umed Taşayev təcridxana rəisi polkovnik Umar Kayumovu qayçıyla vurub öldürüb", - Polisdən verilən məlumatda bildirilir.
Taşayev bu yaxınlarda təcridxanadan ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndəriləcəkdi.
"Kayumov peşəsi saç ustası olan Taşayevdən saçını qırmağı xahiş edib. Saçı qırmağa başlayanda, məhkum qəfildən qayçıyla rəisin boynuna zərbələr endirməyə başlayıb və onun yuxu arteriyasına zədələyib", - verilən məlumatda bildirilir.
Kayumov təcili tibbi yardım maşını hadisə yerinə çatmamış keçinib.
Taşayev onunla mübahisə edən müştərisini qayçıyla öldürdüyünə görə məhkum edilmişdi. O, müştərisinə 57 qayçı zərbəsi endiribmiş.
ANN.Az