APA-nın “Qruziya-onlayn” saytına istinadən verdiyi xəbərə görə, o, Gürcüstan sərhədini keçən kimi saxlanılacaq.İyulun 28-də Gürcüstan Baş Prokurorluğu Saakaşvili barəsində cinayət işinin başlandığını elan edib. Sabiq dövlət başçısına 2007-ci ilin oktyabrın 7-də müxalifət aksiyasının dağıdılması, “İmedi” telekanalını viran edilməsilə bağlı iş üzrə vəzifə səlahiyyətlərini aşmaqda qiyabi olaraq ittiham irəli sürülüb.Bundan başqa, Gürcüstan Respublikası Baş Prokurorluğu onun 8,8 milyon lari (təxminən 5 milyon ABŞ dolları) miqdarında dövlət vəsaitini mənimsədiyini iddia edir.Saakaşvilinin adı həmçinin 2005-ci ildə Gürcüstan Parlamentinin deputatı Valeri Qelaşvilinin döyülməsinin təşkilində çəkilir. Bu işin digər iştirakçısının isə keçmiş baş nazir Vano Merabişvilinin olduğu bildirilir. ANN.Az