Saakaşvili azərbaycanlı məmurla iş birliyini təsdiqlədi

12:53 | 27.07.2015
Saakaşvili azərbaycanlı məmurla iş birliyini təsdiqlədi

Saakaşvili azərbaycanlı məmurla iş birliyini təsdiqlədi

Ukraynanın Odessa vilayət administrasiyasının sədri Mixail Saakaşvili milliyətcə azərbaycanlı olan və bu ilin mayından Ukrayna Fiskal Xidmətinin sədri vəzifəsində çalışan Roman Nəsirovla birlikdə mətbuat konfransı keçirib. 

Modern.az saytı Ukrayna mətbuatına istinadən xəbər verir ki, Saakaşvili Nəsirovla birlikdə Odessa gömrüyündə hazırladıqları islahat layihəsindən danışıb. Onun sözlərinə görə, islahatlar 100 gün ərzində gömrükdə rüşvəti tamamilə aradan qaldırmağı hədəfləyir.

"Bizim birgə hazırladığımız plan 100 gün ərzində Odessa vilayətində qaçaqmalçılıq kanallarını tam bağlayacaq. Bunun üçün Odessa və İliçyevsk limanlarında gömrük məntəqələri yaradacağıq və oradan gömrüçkülər və sərhədçilər istisna olmaqla bütün digər xidmətləri çıxardacağıq”.

Bundan başqa, Mixail Saakaşvili yüklərin gömrükdə 15 dəqiqəyə qeydiyyatdan keçiriləcəyini, yüklərin yalnız 5-7%-nin yoxlanılacağını və şəxsi heyətin tam tərkibdə yeniləcəyini deyib.

Roman Nəsirov 1979-cu il mayın 3-də Kiyevdə azərbaycanlı ata və ukraynalı ananın ailəsində doğulub. 2014-cü ilin oktyabrında Ukrayna Radasının deputatı, bu ilin mayından isə Ukrayna fiksal xidmətinin rəhbəridir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM