Saakaşvili dərs deyəcək

20:02 | 21.12.2013
Saakaşvili dərs deyəcək

Saakaşvili dərs deyəcək

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ-ın Fletçer adına Hüquq və Diplomatiya Məktəbinə işə düzəlib. Burada o, Avropa dövlətçiliyi ilə bağlı tələbələrə mühazirələr oxuyacaq.

Ali məktəbin veb-saytının verdiyi məlumata görə, eks-prezidentin mühazirələr kursu 2014-cü ilin yaz semestrində başlayacaq. Lakin bunun müqabilində Saakaşviliyə ödəniləcək qonorarın məbləği açıqlanmır.

 

Ali məktəbin yaydığı xəbərdə Gürcüstanın sabiq dövlət başçısı öz ölkəsinin tarixini dəyişdirən və onu Qərb istiqamətində inkişaf etdirən bir təcrübəli siyasətçi kimi qiymətləndirilir.

 

Xatırladaq ki, bu yaxınlarda Ukrayna KİV-nə müsahibəsində M.Saakaşvili Gürcüstanın yenidən qurulması ilə bağlı bir sıra Amerika universitetləri ilə iş apardığını etiraf edib. Həmçinin qeyd edib ki, ona ABŞ-ın aparıcı universitetlərinin birindən çox yaxşı və ciddi təklif daxil olub.

 

Hələ 1933-cü ildə yaradılan Fletçer adına Hüquq və Diplomatiya Məktəbi Tafts Universitetinin qurumudur. Tafts Universiteti isə «Times»ın beynəlxalq reytinqində 87-ci yer tutur.

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM