Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölkəvətəndaşlığından məhrum edilib.
APA-nın məlumatına görə, müvafiq sərəncamın mətni Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin rəsmi saytında yerləşdirilib.
Dünən G. Marqvelaşvili Gürcüstan Ədliyyə Nazirliyindən rəy alıb. Həmin sənəddə ölkə başçısına müəyyən prosessual hərəkətlərlə əlaqədar M. Saakaşvilinin Gürcüstan vətəndaşlığından məhrum edilməsi barədə tövsiyə yer alıb. G. Marqvelaşvili nazirliyin təklifini nəzərdən keçirib və müvafiq sərəncam imzalayıb.
Xatırladaq ki, M. Saakaşvili 2015-ci ildə Ukrayna vətəndaşlığını alıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !