"Gürcüstanın bir neçə yüz vətəndaşı Suriyaya yollanıb.
Gürcülərin Ukraynada könüllü döyüşməsinə ağız büzüb onları Vahid Milli Hərəkatın provokatoru, muzdluları və agentləri adlandıran Gürcüstan hökuməti gürcülərin müxtəlif üsullarla Suriyadakı mübarizəyə cəlb olunmasından heç danışmır”.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib. Qeyd edək ki, Gürcüstan mətbuatı son il ərzində İŞİD sıralarına qatılmaq üçün Pankisi dərəsindən 50-100 arası yerli sakinin Suriyaya yola düşdüyünü yazıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !