Saakaşvili Kiyevdə Müstəqillik meydanında çıxış etdi

23:08 | 07.12.2013
Saakaşvili Kiyevdə Müstəqillik meydanında çıxış etdi

Saakaşvili Kiyevdə Müstəqillik meydanında çıxış etdi

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Kiyevin paytaxtındakı Müstəqillik meydanında çıxış edərək Ukraynanın Avropaya inteqrasiyasını dəstəkləyib.  

 

“Bizim azadlıq yolunda göstərdiyimiz səylərə heç nə mane ola bilməz”, deyə o nitqində qeyd edib. Onun sözlərinə görə, ukraynalılar avrointeqrasiya istiqamətində düzgün seçim ediblər. Bundan sonra Saakaşvili Ukrayna hakimiyyətinin devrilməsi tələbi ilə çıxış edənlərə qoşulub.  

 

Gürcüstan XİN rəhbəri Maya Pandjikidze Tiflisdə jurnalistlərə bildirib ki, Mixail Saakaşvili “öz hərəkətlərində azaddır və onun heç bir bəyanatı, çıxışı, nitqi və digər hərəkətləri Gürcüstan hökumətinin mövqeyini əks etdirmir”.  

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti