Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkə Prokurorluğunun iddiasına görə, dövlət pulları hesabına alınmış öz geyimlərini indiki hakimiyyətə göndərib.
Axar.az xəbər verir ki, bu gün səhər kuryer üzərinə “Cənab İvanişvili, bunları şəxsi baxışdan keçirmək üçün sizə göndərirəm” yazılmış göndərişi hökumət binasına gətirib.Lakin qəbul otağında rəsmi göstəriş olmadığı üçün bunu qəbul etməyəcəklərini bildiriblər. Buna baxmayaraq, kuryer yükü orada qoyaraq binadan uzaqlaşıb.Qeyd edək ki, ötən həftə Gürcüstan Prokurorluğu Mixail Saakaşvilini dövlət pullarını şəxsi maraqları üçün xərcləməkdə ittiham etmişdi. Siyahıda Londondan alınmış 7 pencək, 26 min dollar qiyməti olan kəşmir palto və əldə tikilmiş və hər biri 4.6 min dollar olan iki kostyum var. ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !