Saakaşvili Odessa milisini gürcü generalına tapşırtdırdı

21:19 | 09.06.2015
Saakaşvili Odessa milisini gürcü generalına tapşırtdırdı

Saakaşvili Odessa milisini gürcü generalına tapşırtdırdı

Gürcüstan daxili işlər nazirinin sabiq müavini Giya Lordkipanidze Ukraynanın Odessa Vilayəti Daxili İşlər İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

ANS PRESS-in məlumatına görə, Lordkipanidze Mixail Saakaşvilinin prezidentliyi dövründə Gürcüstan DİN başçısının müavini vəzifəsini tutub.

Qeyd edək ki, bir müddət əvvəl Saakaşvili Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin edilib. Bu təyinatdan dərhal sonra sabiq prezident korrupsiya ilə mübarizə, təhlükəsizliyin bərqərar olması və bölgəyə investorların cəlb edilməsi məqsədi ilə vilayət rəhbərliyinin kadr heyətini yeniləşdirmək niyyətində olduğunu bildirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM