Saakaşvili Odessada “təmizliyə” başladı

13:18 | 03.06.2015
Saakaşvili Odessada “təmizliyə” başladı

Saakaşvili Odessada “təmizliyə” başladı

Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin cari qubernatoru Mixail Saakaşvili bəyan edib ki, vilayətin 27 rayon başçısından 24-nü işdən azad etməyə hazırdır.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.  

"Burada cəmi 27 rayon var. Burdan üç qubernator vəzifəyə yeni təyin edilib, 24-nü işdən azad edirəm, daha dəqiq müsabiqə nəticələrinə görə yeni komanda yığırıq.

Mən yalnız Odessa üzrə deyil, ümumukrayna müsabiqəsi elan edirəm”, - o, "Rustavi2” gürcü telekanalına verdiyi müsahibəsində deyib.

O qeyd edib ki, hakimiyyətdə islahatlar strukturda rüşvətxorluğa görə vacibdir.

Onun sözlərinə görə, əgər kim isə zəng edib, məmuru işdə saxlamağı xahiş edirsə, həmin məmur ilk olaraq işdən azad edilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti