Saakaşvili: Rusiya öz vətəndaşları və bütün dünya üçün təhlükəlidir

16:51 | 03.03.2015
Saakaşvili: Rusiya öz vətəndaşları və bütün dünya üçün təhlükəlidir

Saakaşvili: Rusiya öz vətəndaşları və bütün dünya üçün təhlükəlidir

"Bu nə ölkədir?”.

Bu gün hədə-qorxunun hökmranlıq etdiyi Rusiya bütün dünya üçün təhlükəli yerdir. 

Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ştatdan kənar müşaviri, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili CNN-ə müsahibəsində deyib. 

Onun sözlərinə görə, əksər müxalifət liderləri ya emiqrasiyadadır, ya türmədədir, ya da öldürüblər. Saakaşvili Aleksey Navalnı və Boris Nemtsovun adlarını çəkib. 

"Bütün Rusiyada hədə-qorxu atmosferi hökmranlıq edir... Bu nə ölkədir? Ölkə öz vətəndaşları və bütün dünya üçün həqiqətən də təhlükəli yerə çevrilir”, - siyasətçi deyib. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM