Saakaşvili siyasi lider hazırlayacaq

19:19 | 25.06.2015
Saakaşvili siyasi lider hazırlayacaq

Saakaşvili siyasi lider hazırlayacaq


Gürcüstanın keçmiş prezidenti, bu yaxınlarda Odessa vilayətinin qubernatoru təyin olunan  Mixail Saakaşvili may ayında ABŞ Yeni Beynəlxalq Liderlik İnstitutunda illik əmək haqqı 200 min dollar olan işlə təmin edilib. Modern.az bildirir ki, o, bu haqda özünün Facebook səhifəsində yazıb. Saakaşvili bununla həm də sübut etmək istəyir ki, qubernator postunu pul qazanmaq yox, xalqa xidmət etmək naminə tutub. 

Adıçəkilən təhsil müəssisəsinin saytında qeyd edilir ki, Saakaşvilinin idarəçilik edəcəyi institut yeni liderlərin hazırlanması məqsədilə yaradılıb. Hər il ABŞ-da liderlik üzrə bir neçə qrupa treninqlər keçiriləcək. Bu qruplardakı treninqlərə  "Şərq tərəfdaşlığı” ölkələri – Ukrayna, Moldova, Belarus, Gürcüstan, Ermənistan və Azərbaycandan olan şəxslər cəlb ediləcəklər. Yeni liderlərə problemlərin həllinə yeni yanaşma, iqtisadi, eləcə də təhlükəsizlik sahəsində idarəçilik xüsusiyyətləri öyrədiləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM