Ukraynanın Odessa vilayətinin qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Odessada Azərbaycanın ASAN Xidmətinin analoqunu yaradır.
Oxu.az xəbər verir ki, o, bu barədə Facebook-da yazıb.
"Üç aydan sonra Odessada inzibati xidmətlər mərkəzi təşkil olunacaq, burada bütün arayışlar, icazələr, rəsmiləşdirmə sənədləri yerində, növbəsiz və artıq məqamlar olmadan veriləcək. Tezliklə əməkdaşların yığılması və treninqlər başlayacaq.
Bu bün Qroysman (Ukrayna parlamentinin spikeri - red.) və mən insanların həyatını asanlaşdıracaq, inzibati xidmətlər sahəsində dələduzlardan azad edəcək bu layihə üçün binaya baxdıq", - deyə Saakaşvili yazıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !