Gürcüstanının sabiq prezidenti, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Ukraynanın baş naziri ola bilər.
ANS PRESS-in məlumatına görə, Saakaşvilinin baş nazir olması üçün başladılan petisiyada (imzatoplama) tələb olunan səs toplanılıb.
Ukrayna prezidentinin saytında yerləşdirilmiş ərizədə sabiq prezidentin 25 000-dən çox səs topladığı görülür.
1 sentyabrda elan edilən kampaniyanın mətnində Ukrayna prezidentindan Saakaşvilinin baş nazir təyin edilməsi xahiş edilir.
Mixail Saakaşvili üçün başladılan petisiya kampaniyasının təşkilatçıları ümid edirlər ki, Mixail Saakaşvili ölkədə islahatlar keçirəcək, özbaşnalığa və korrupsiyaya son qoyacaq.
"Elektron petisiya" bölməsi Ukrayna prezidentinin saytında avqustda ayından fəaliyyətə başlayıb.
Yeni yaradılan "Elektron petisiya" bölməsinə yerləşdirilən ərizə 3 ay ərzində 25 min imza toplayarsa, həmin sənəd müzakirə olunması üçün prezidentə göndərilir. Prezident ona göndərilən ərizələrə 10 iş günü müddətində baxmalıdır.
Hazırda Ukrayna baş naziri Arseniy Yatsenyukdur.
Ukrayna prezidenti Petro Poroşenko Mixail Saakaşvilini Odessa vilayətinin qubernatoru təyin etmişdi.
Saakaşvili işə start verdiyi gündən vilayətdə korrupsiya və özbaşnalığa qarşı mübarizəyə başlayıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !