Gürcüstan xalqı özü seçim edəcək.
Odessa vilayəti dövlət administrasiyasının sədri və Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili UMX-Mərkəzin (Ukrayna Milli Xəbərləri) müxbirinə eksklüziv açıqlamasında Gürcüstanın Ədliyyə Nazirliyinin onun vətəndaşlıqdan məhrum edilməsinə dair bəyanatını şərh edib.
Oxu.Az xəbər verir ki, bu barədə Qruziya Online məlumat yayıb.
"Mən öz komandamla bərabər Gürcüstanı müasir ölkəyə çevirdim. Hakimiyyəti müvəqqəti zəbt edən insanlar bu dövlətdə müxtəlif kələklərə əl ata bilərlər. Amma Gürcüstan xalqı özü seçim edəcək. Əlbəttə, hüquqi olaraq hər şey etmək olar, bəs xalq necə, bunu istəyirmi? – bunu xalq seçəcək”, - M.Saakaşvili bildirib.
Xatırladaq ki, Gürcüstanın Ədliyyə Nazirliyi bəyan edib ki, dekabrın əvvəlində prezident Georgi Marqvelaşviliyə sabiq prezident Mixeil Saakaşvilinin gürcü vətəndaşlığının ləğv edilməsinə dair çıxarışı təqdim etməyi planlayırlar.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !