Saakaşvilidən şəxsi həyatı ilə bağlı suallara - Cavab

21:11 | 10.10.2021
Saakaşvilidən şəxsi həyatı ilə bağlı suallara - Cavab

Saakaşvilidən şəxsi həyatı ilə bağlı suallara - Cavab

Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili şəxsi həyatı ilə maraqlananlar üçün bəzi suallara aydınlıq gətirib.
"Qafqazinfo” xəbər verir ki, bu barədə Saakaşvilinin Feysbuk hesabında paylaşım edilib.

"İndi həyatımda şəxsi işlərimdən daha böyük mübarizədəyəm. Lakin bu barədə suallara cavab olaraq bildirmək istəyirəm ki, əvvəlki münasibətlərim bitib.

Son aylarda mən və Lisa Yasko (ukraynalı deputat Yelizaveta Yasko) həyatımızı birləşdirmişik. Biz ailə kimi birlikdə yaşayırıq. Bu, böyük sevgi tarixidir və özümü xoşbəxt hiss edirəm”, - o qeyd edib.

Sabiq prezident vurğulayıb ki, indi mübarizəsinə diqqət ayırır:
"Aclıq aksiyamı davam etdirirəm və sonadək getməkdə qərarlıyam”.
Qeyd edək ki, Saakaşvili ilə Yaskonun münasibətdə olduğu oktyabrın 1-i məlum olub. Belə ki, Saakaşvili həbs edildikdən sonra, Yaskonun paylaşdığı videoda deyir: "Biz Liza ilə hamıya birlikdə olduğumuzu deməyə qərar verdik. Biz yeni həyata, yeni ailəyə başlayırıq”.
Xatırladaq ki, oktyabrın 1-də 8 ildən sonra Gürcüstana qayıdan Mixail Saakaşvili saxlanılıb. Onun Tbilisi yaxınlığındakı Rustavi həbsxanasında saxlanıldığı bildirilir.

Saakaşvili parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsi və "Gürcüstan Birləşmiş Bankının” əməkdaşı Sandro Girqvlianinin öldürülməsi işi üzrə məhkəmənin üç instansiyası tərəfindən təqsirli bilinir.

Bu yaxınlarda Baş nazir İrakli Qaribaşvili Saakaşviliyə qarşı kəskin ittihamlar irəli sürüb. Hökumət rəhbərinin sözlərinə görə, Saakaşvili və onun komandası ölkədə iğtişaşlara səbəb olmaq və ölkə hakimiyyətini bunda günahlandırmaq məqsədilə gürcü müxaliflərin qətlə yetirilməsini planlaşdırıblar.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM