"Mövcud qanuna görə sabiq prezident Mixail Saakaşvili "Milli birlik hərəkatı”na başçılıq edə, yaxud Gürcüstanda hər hansı siyasi fəaliyyətlə məşğul ola bilməz. Belə ki, o, başqa dövlətin vətəndaşıdır”.
Avropa.info xəbər verir ki, bu açıqlama ilə Gürcüstanda Partiyaların Maliyyə Monitirinqi idarəsinin sədri Zurab Aznauraşvili çıxış edib.
"Vətəndaşların siyasi birliklər yaratması haqda” qanuna əsasən Saakaşvili Gürcüstanda hər hansı siyasi fəaliyyətlə məşğul olmaq hüququnu itirir. Aznauraşvili istisna etməyib ki, sabiq prezident tələblərə məhəl qoymayacağı təqdirdə ona qarşı yeni sanksiyalar tətbiq olunsun.
Saakaşvilinin sədri olduğu "Milli birlik hərəkatı”ndan bildiriblər ki, sədrin dəyişilməsi məsələsi müzakirə olunmur.
Qeyd edək ki, keçən şənbə Ukrayna prezidenti Pyotr Poroşenko Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığı verərək, onu Odessa əyalətinin qubernatoru təyin etmişdi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !