Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili daha bir cinayət maddəsi ilə ittiham olunub. Bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb. Bu dəfə Mixail Saakaşvili dövlət vəsaitini xərcləməkdə ittiham olunur. Gürcüstanın sabiq dövlət başçısına qarşı artıq 2005-ci ildə millət vəkili Valeri Qelaşviliyə sui-qəsdin təşkil edilməsi işi üzrə ittiham irəli sürülüb. Bundan başqa, Mixail Saakaşvili keçmiş daxili işlər naziri Vano Merabişvili ilə birlikdə vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilir. Bu ittihamlar 2007-ci il 7 noyabr mitinqinin dağıdılması, "İmedi" telekanalına müdaxilə etmək və mülkiyyətin qeyri-qanuni yolla başqasına verilməsi ilə bağlıdır. Hazırda Mixeil Saakaşvili Gürcüstandan kənardadır.//Anspress
Bizi sosial şəbəkələrdə izləyin !