Saakaşviliyə qarşı bir milyonluq iddia

11:37 | 08.07.2015
Saakaşviliyə qarşı bir milyonluq iddia

Saakaşviliyə qarşı bir milyonluq iddia

Ukraynanın Dövlət Aviasiya xidmətinin sədri Denis Antonyuk baş prokuror Viktor Şokina məktub ilə müraciət edib.

Məktubda o, Odessa vilayət administrasiyasının rəhbəri Mixeil Saakaşvilini onu vəzifədən qanunsuz azad etməkdə ittiham edib, Oxu.Az Ukrayna KİV-nə istinadən xəbər verir.

Məktubun mətnini Antonyuk Facebook-da paylaşıb. Mətndən Antonyukun Saakaşvilinin hərəkətlərini qanunsuz hesab etdiyi və onu "aviasiya sahəsini zəbt etməkdə” ittiham etdiyi məlum olur.

Saakaşvilinin davranışından çəkdiyi mənəvi zərəri Antonyuk 1 milyon qrn. (qriven) məbləğində dəyərləndirir.

Saakaşvili öz Facebook səhifəsində Antonyukun məktubuna cavab verib.

O, Dövlət Aviasiya xidmətinin rəhbəri Denis Antonyuka necə 1 milyon qrn. zərər verdiyini anlamır.

"O, məşhur Odessa qəhrəmanı Panikovski kimi məndən milyon tələb edir. Mənə maraqlıdır ona bu zərər bir dəqiqə, gün, həftə, ay və ya il ərzində dəyib?”, - M.Saakaşvili yazıb.


 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM