Gürcüstanın eks prezidenti Mixail Saakaşviliyə ABŞ universitetində vəzifə verilib.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, eks prezident “"yüksək rütbəli dövlət qulluqçusu" vəzifəsini tutacaq. Bu vəzifə Tafts Universiteti nəzdindəki Fletçer adına Hüquq və Diplomatiya məktəbində (The Fletcher School of Law and Diplomacy at Tufts University) xüsusən onun üçün təsis edilib. Bu barədə Saakaşvili özünün “Facebook” sosial şəbəkəsindəki hesabından bildirib. “Bu vəzifə ilk dəfə olaraq, Tafts universitetinin tələbələrinin məşhur liderlərlə və beynəlxalq miqyasda müxtəlif sahələrin təcrübələri ilə əlaqədə olması üçün yaradılıb”,-deyə Fletçer məktəbinin dekanı Ceyms Stavrids bildirib. Bu sözləri Saakaşvili özünün “Facebook” səhifəsində bildirib. “Saakaçvili artıq Prinston universitetində çıxış edib, həm də bir neçə gün sonra Harvard universitetinə mühazirə oxumaq üçün dəvət edilib”- deyə məlumatda bildirilirANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !