Saat 22:45-də toqquşma olacaq

14:07 | 28.11.2013
Saat 22:45-də toqquşma olacaq

Saat 22:45-də toqquşma olacaq

Əsrin kometasının Günəşlə toqquşmağına bir neçə saat qalıb. 

Yüzilliyin ən parlaq kometası İSON Günəşə yaxınlaşır. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, toqquşmaya bir neçə saat vaxt qalıb. Həmin hadisə Bakı vaxtı ilə saat 22:45-də baş verəcək. 

Astronomlar hesab edirlər ki, həmin hadisə çox baxımlı kosmik şou olacaq. Mütəxəssislər hesab edirlər ki, kometa günəşin cazibə qüvvəsinin təsirinə və 3 min dərəcə temperatura tab gətirməyəcək və toqquşma baş vermədən məhv olacaq. 

Hazırda kometanın parlaqlığı Sirius ulduzunun parlaqlığı ilə müqayisə olunur. 

Həmin kosmik hadisəni yalnız rəsədxanalarda müşahidə etmək olacaq. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM