• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Saat neçədir?

Saat neçədir?
30.10.2016 11:13
Azərbaycanın standart vaxt zonası GMT+4-dür. 
 
Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarına əsasən, hər il mart ayının son bazar günü yay vaxtına, oktyabr ayının son bazar günü isə standart vaxt zonasına keçirilirdi və müvafiq olaraq saat əqrəbləri bir saat irəli və geri çəkilirdi.

Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli 131 nömrəli qərarı ilə yuxarıda qeyd edilən qərar ləğv edilmış və müvafiq olaraq 27 mart tarixində ölkə ərazisində yay vaxtına keçid baş verməmişdi. Bu səbəbdən oktyabrın son bazar günü, yəni ayın 30-da saatların 1 saat geri çəkilməsinə ehtiyac qalmamışdır.

Milli.Az-a Nazirlər Kabinetindən daxil olan məlumatda bildirilir ki, təəssüflər olsun ki, görülmüş işlərə baxmayaraq bəzi mobil qurğularında ötən gecə saatlar avtomatik olaraq 1 saat geri çəkilib. 

Buna həmin cihazlarda müvafiq proqram yenilənmələrinin quraşdırılmaması və istifadəçinin telefonunun tənzimləmə parametrlərində "Vaxtın şəbəkədən avtomatik təyin edilməsi" və "Vaxt zonasının avtomatik təyin edilməsi" imkanlarını seçilməməsi səbəb olub. 

Hazırda bu göstəriciləri seçməklə baş vermiş xətanı aradan qaldırmaq mümkündür.

Əgər hər hansı kompüter sistemlərində də belə hallar aşkarlanarsa, vaxtın təyin edilməsi panelindən "avtomatik vaxt zonasının seçilməsi" imkanını aktivləşdirmək lazımdır.

Bildirək ki, rabitə və kompüter sistemlərinin fəaliyyətində heç bir xəta baş verməyib, sistemlər normal çalışır və Azərbaycanın standart vaxt zonası GMT+4 olaraq göstərilir.

İstifadəçilərdən yuxarıda qeyd olunan tövsiyələri nəzərə almaları xahiş olunur.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Azərbaycanda poliklinikaların sayı artırılır
Cəmiyyət 12:16
Azərbaycanda poliklinikaların sayı artırılır
Sabahdan 8 rayonda analoq televiziya yayımı dayandırılacaq
Cəmiyyət 11:09
Sabahdan 8 rayonda analoq televiziya yayımı dayandırılacaq
Azərbaycan suriyalı qaçqınları qəbul edəcəkmi? - AÇIQLAMALAR
Cəmiyyət 11:05
Azərbaycan suriyalı qaçqınları qəbul edəcəkmi? - AÇIQLAMALAR
Cəmiyyət 10:24
"Pensiya yaşının artırılması gərginliyə səbəb olacaq" - SOSİOLOQ
Küçə hasarlarından dini şüarlar silinir, evlərə sayğaclar quraşdırılır - Nardarandan FOTOLAR
Cəmiyyət 10:04
Küçə hasarlarından dini şüarlar silinir, evlərə sayğaclar quraşdırılır - Nardarandan FOTOLAR
Dəyanət Rzayevin ölüm səbəbi dəqiqləşdi
Cəmiyyət 09:42
Dəyanət Rzayevin ölüm səbəbi dəqiqləşdi
Məhkəmələr
Cəmiyyət 08:34
Məhkəmələr "elektron sistem" qərarını niyə icra etmir?
Azərbaycan prezidenti əfv sərəncamı imzaladı - TAM SİYAHI
Cəmiyyət 04:58
Azərbaycan prezidenti əfv sərəncamı imzaladı - TAM SİYAHI
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol