Saatlıda yas mərasimlərində iştirak edən 6 nəfər cərimələndi

21:00 | 15.04.2021
Saatlıda yas mərasimlərində iştirak edən 6 nəfər cərimələndi

Saatlıda yas mərasimlərində iştirak edən 6 nəfər cərimələndi

Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı rayonun Şirinbəy və Dədə Qorqud kəndlərindəki 2 fərdi yaşayış evində yas mərasimlərinin keçirildiyi aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Anews.az-a verilən məlumata görə, həmin ünvanlara baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib.

Orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib.

Polis əməkdaşları tərəfindən mərasimlərdə iştirak edən 6 nəfər barəsində qanunamüvafiq tədbir görülüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb