Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-10 gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.Sabah Azərbaycanın əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz olacağı, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı ehtimal olunur. Səhər ayrı-yarı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti olacaq. ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !