Sabah 33 dərəcə isti olacaq

13:51 | 17.05.2019
Sabah 33 dərəcə isti olacaq

Sabah 33 dərəcə isti olacaq

Havanın temperaturu 33 dərəcəyə yüksələcək

Bakı və Abşeron yarımadasında mayın 18-də hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi gündüz arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Anews.az-a verilən məlumata görə, havanın temperaturu  Abşeron yarımadasında gecə 16-19, gündüz 24-28, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.  
Azərbaycanın rayonlarında mayın 18-də havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 9-14,  gündüz 18-23 dərəcə isti təşkil edəcək. 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM