"Aztelekom” MMC "aztelekom.net” internet provayderinin resurslarının çatışmazlığının aradan qaldırılması, sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi məqsədi ilə həyata keçirdiyi layihə üzrə işləri davam etdirir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, layihəyə əsasən, şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üçün daha müasir avadanlıqlar quraşdırılır.
Texniki yenilənmə işləri ilə əlaqədar 15 avqust saat 02:00-dan 08:00-dək qeyd olunan rayonlarda internet təchizatında müəyyən fasilələr yarana bilər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !