Muzeylərə 10 günlük sərbəst giriş kampaniyası keçirilirAzərbaycan Milli İncəsənət Muzeyinə və Milli Azərbaycan Tarixi Muzeyinə 10 günlük sərbəst giriş kampaniyası keçirilir. ANS PRESS-in məlumatına görə, kampaniya "BP" şirkətinin sponsorluğu ilə həyata keçirilir.Kampaniya çərçivəsində məktəblilər, tələbələr, Bakı sakinləri və şəhərin qonaqları qış tətilləri müddətində açıq qapı günlərindən faydalanmağa dəvət edilir.Açıq qapı günləri İncəsənət Muzeyində yanvarın 2-dən 12-dək, Tarix Muzeyində isə yanvarın 7-dən 17-dək keçirilir. Bundan əlavə, 10-günlük sərbəst giriş kampaniyası ərzində bu muzeylərdə həmçinin bələdçi ilə turlar da təşkil olunacaq:İncəsənət Muzeyində - saat 10:00-dan başlayaraq hər saatın başlanğıcında;Tarix Muzeyində - saat 10:00-12:00-dək və 14:00-16:00-dək.ANN.Az