Sabah Bakıda hava isti olacaq

12:59 | 07.02.2014
Sabah Bakıda hava isti olacaq

Sabah Bakıda hava isti olacaq

Fevralın 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, səhər yarımadanın bəzi yerlərində zəif duman, axşam havanın tutulacağı, gecəyə doğru bəzi ərazilərdə az yağıntılı olacağı ehtimalı var.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında fevralın 8-də gündüz hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında Lənkəran, Astara bölgəsində, axşam isə ayrı-ayrı yerlərdə az yağıntılı olacağı, zəif qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM