Sabah Bakıda hava necə olacaq?

14:06 | 14.12.2013
Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?

Bakı və Abşeron yarımadasında dekabrın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.Mülayim şimal küləyi gündüz arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunu gecə 0 dərəcəyə yaxın, gündüz 2-5 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında dekabrın 15-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-6 dərəcə  isti,  dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM