Sabah Bakıda yağış yağacaq

15:32 | 27.05.2014
Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq

Mayın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq və gün ərzində əsasən yağmursuz keçəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz çənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-21, gündüz 24-29 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 16-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM