Sabah Bakıda 15 dərəcə isti olacaq

13:56 | 25.12.2015
Sabah Bakıda 15 dərəcə isti olacaq

Sabah Bakıda 15 dərəcə isti olacaq

 Sabah Bakıda 15 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 26-də Bakıda və Abşeron yarımadasında havanın əsasən dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Gündüz cənub-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 10-15 dərəcə, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür