Sabah, iyunun 2-də "Baku Expo Center"də XXII Xəzər beynəlxalq neft-qaz sərgisi (Caspian oil & gas - 2015) işə başlayacaq.
"Report" xəbər verir ki, bunu tədbirin əsas təşkilatçısı olan Böyük Britaniyanın "ITE Group" şirkətinin icraçı direktoru Edvard Strun bununla bağlı bu gün Bakıda keçirilən mətbuat konfransında bildirib: "Bu sərgidə 7 ölkə öz milli stendi ilə iştirak edəcək. Onlardan İtaliya və Çexiya bu sərgidə ilk dəfə iştirak edəcək".
"Milli qruplar üçün pavilyonlar Böyük Britaniya, Almaniya, İtaliya, Çin, Rusiya, Türkiyə və Çexiya tərəfindən rezervasiya olunub", - deyə şirkət rəhbəri qeyd edib.
E.Strunun sözlərinə görə, sərgidə ümumilikdə 27 ölkədən 315 şirkət iştirak edəcək.
"Iteca Caspian" şirkətinin sərgi meneceri Tofiq Kərimov isə deyib ki, sərgidə Azərbaycan şirkətləri 30% təşkil edəcək.
Xatırladaq ki, iyunun 2-5-də "Baku Expo Center"də "Caspian oil & gas" sərgisi, iyunun 3-4-də isə sərgi çərçivəsində konfrans keçiriləcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !