anews.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Onun sözlərinə görə, səfərin məqsədi "Əsrin müqaviləsi”nin ("Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişi-PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması mərasimində iştirak etməkdir.
Qeyd edək ki, ötən il dekabrın 23-də Bakıda SOCAR və BP-nin əməliyyatçısı olduğu ABƏŞ (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) AÇG yataqlar blokunun gələcək işlənməsi üçün niyyət məktubu imzalayıb.
Sənəd blokun 2050-ci ilədək işlənməsinə dair razılaşmanın prinsiplərini əks etdirir.
AÇG Bakıdan şərqdə təxminən 100 km məsafədə yerləşən nəhəng yataqlar blokudur. O, Xəzər dənizində istismarda olan ən böyük neft yatağıdır və 432 kv. km-dən çox ərazini əhatə edir. Yataqlar dənizin 120-170 metr dərinliyində yerləşir. Məhsuldar layın dərinliyi 2 000-3 500 metr təşkil edir.
AÇG blokunun işlənməsi üçün mövcud PSA 1994-cü il sentyabrın 20-də 30 illik müddətə imzalanıb.
1995-ci ilin fevralında ABƏŞ yaradılıb. Yataqlardan neft hasilatı 1997-ci ilin noyabr ayında başlanıb.
AÇG-də BP (operator - 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "Itochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !