Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa
işləri avqustun 15-i səhər saat 06:00-da tamamlanıb. Hazırda su xəttinin
doldurulması və quyuların işə salınması işlərinə başlanılıb. Avqustun 16-sı
günorta saatlarında Bakı şəhəri üzrə içməli suyun təchizatı tam bərpa ediləcək. Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu bildirib.
"Su təminatı rejimində dəyişiklik olan ərazilərdə suyun
verilməsi normal rejimə qaytarılacaq. Hazırda Oğuz-Qəbələ-Bakı su xəttində
tamamlanma işləri davam etdirilir. Avqustun 12-i gecə saatlarından başlayaraq Oğuz-Qəbələ-Bakı
su kəmərində əsaslı təmir-bərpa işləri aparılır. Təmir-bərpa işləri nəticəsində
Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı
rayonlarında suyun verilməsi rejimində dəyişiklik edilib. Əhalinin digər mənbələr
hesabına suyla təmin olunması istiqamətində işlər görülüb", - məlumatda deyilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !