• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq

Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq
12.09.2024 12:34
Bakıda və Abşeron yarımadasında sentyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, səhər və axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 759 civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-34° isti, dağlarda gecə 9-14° isti, gündüz 14-18° isti olacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putinlə Makron üç ildən sonra telefonla danışdı
Cəmiyyət 05:10
Putinlə Makron üç ildən sonra telefonla danışdı
Şahin Şıxlinski sərbəst buraxılıb – rəsmi
Cəmiyyət 04:20
Şahin Şıxlinski sərbəst buraxılıb – rəsmi
Ukrayna “Sputnik Azərbaycan” rəhbərlərini “qara siyahı”ya salıb
Cəmiyyət 04:09
Ukrayna “Sputnik Azərbaycan” rəhbərlərini “qara siyahı”ya salıb
İrandan narkotik vasitələrin tranziti ilə bağlı saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi keçirilib - Yenilənib
Cəmiyyət 23:24
İrandan narkotik vasitələrin tranziti ilə bağlı saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi keçirilib - Yenilənib
Vəkillər Kollegiyası beynəlxalq təşkilatlara müraciət edəcək
Cəmiyyət 23:05
Vəkillər Kollegiyası beynəlxalq təşkilatlara müraciət edəcək
Rusiyada "Lukoyl"​un Uraldakı İstehsalat Birliyinin rəhbəri saxlanılıb
Cəmiyyət 22:09
Rusiyada "Lukoyl"​un Uraldakı İstehsalat Birliyinin rəhbəri saxlanılıb
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
Cəmiyyət 21:11
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
Voronejdə saxlanılan azərbaycanlı iş adamı azadlığa buraxılıb - Yenilənib
Cəmiyyət 21:03
Voronejdə saxlanılan azərbaycanlı iş adamı azadlığa buraxılıb - Yenilənib
Bu ərazidə işıq olmayacaq
Cəmiyyət 19:56
Bu ərazidə işıq olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol